Argentinalı alimlər Yer üzündə yaşamış ən qədim dinozavrlardan birinin qalıqlarını aşkarlayıblar.
32gun.az xəbər verir ki, bu barədə ölkənin Milli Elmi və Texniki Tədqiqatlar Şurası məlumat yayıb.
Məlumata görə, paleontoloqlar ölkənin şimal-qərbində, And dağlarının ətəklərində, dəniz səviyyəsindən 3 min metr yüksəklikdə kiçik, uzunboyunlu dinozavrın demək olar ki, tam qorunmuş skeletini tapıblar. Yeni növə Huayracursor jaguensis adı verilib. O, gec Trias dövrünə — Yer kürəsində ilk dinozavrların və məməli əcdadlarının meydana çıxdığı dövrə aiddir.
Alimlər skeletin bir hissə kəlləsini, onurğa sütununu, demək olar ki, bütöv ön və arxa ayaqlarını aşkar ediblər. Mütəxəssislərin hesablamalarına görə, yetkin fərdin uzunluğu təxminən 2 metr, çəkisi isə 18 kiloqram olub. Dinozavrın ot yeyən növ olduğu bildirilir.
Paleontoloq Aqustin Martinellinin sözlərinə görə:
> “Huayracursor-un yaşı 230–225 milyon il arasında qiymətləndirilir ki, bu da onu dünyanın ən qədim dinozavrlarından birinə çevirir.”
Qeyd edək ki, avqust ayında alimlər 183 milyon il əvvəl okeanlarda yaşamış yeni növ dəniz sürünənini də təsvir ediblər. Plesionectes longicollum adlandırılan bu canlı uzunboyunlu, yırtıcı pliozavrlar qrupuna aid olub.
Onun qalıqları hələ 1978-ci ildə Almaniyanın cənub-qərbində, Holtsmaden bölgəsindəki şist təbəqələrində tapılsa da, yalnız indi tam elmi tədqiqat aparılıb və növün əvvəllər elmə məlum olmayan bir canlı olduğu təsdiqlənib.
Ayaz