Bakıxanov qəsəbəsində “rent a car” adı ilə fəaliyyət göstərən ofisdən maşın götürən müştəri ödəniş tələbiyyatı, saxta cərimələr və təhqirə məruz qaldığını bildirir.
32gun.az bildirir ki, Şikayətçi deyir ki, ilkin razılaşma 1 günlük icarə üçün 70 AZN olub, lakin ofis əməkdaşları əlavə ödənişlər tələb edib və müqavilədə göstərilməyən məbləğləri zorla ödətməyə çalışıblar.
Müştəri həmçinin avtomobilin bir neçə funksiyasının işləmədiyini və təhvil verərkən əlavə pul tələb edildiyini qeyd edib. Hadisə zamanı təhdid və nalayiq sözlər səsləndirilib, səslər və gizli görüntülər polisə təqdim olunacaq.
Hadisə Bakıxanov qəs., Razin məhəlləsində, yeni tikilinin altında, yanında şəhid şəkilləri olan mağazanın yanında baş verib. Polis araşdırma aparır, prokurorluğa da məlumat veriləcək.
Ayaz