İDMAN ÖZ XƏBƏR

"Daha böyük kluba getmək fikrim yoxdur" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlamasında Ağdam klubundan ayrılmaq planının olmadığını bildirib.

32gun.az xəbər verir ki, mütəxəssis Türkiyənin “Haber Global” kanalına verdiyi müsahibədə klubla arasında xüsusi bağ olduğunu vurğulayıb.

Qurbanov bildirib ki, “Qarabağ” onun ikinci, bəlkə də birinci evidir, çünki burada evindən daha çox vaxt keçirir. O qeyd edib ki, gələcəkdə hər şey mümkündür, amma hazırda əsas məqsədi komandası ilə daha möhkəm nəticələr əldə etməkdir.

Xatırladaq ki, “Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının III turu çərçivəsində İspaniyada “Atletik”in qonağı olacaq. Matç “San Mames” stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Ayaz

Oxşar Xəbərlər