ÖZ XƏBƏR

Qoşqar Təhməzli 23 min AZN-ə avtomobilləri təmir etdirmək istəyirmiş

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Agentliyin balansında olan avtomobillərin cari təmiri xidmətləri”nin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 23 min 631,86 manat təşkil edirdi.

Rəsmi açıqlamaya əsasən, tenderin ləğv edilməsinə səbəb satınalmada iştirak edən təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyin 36.1.1-ci maddəsinə görə, bu halda yetərsay təmin olunmadığından prosedur baş tutmuş sayılmır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə hazırda Qoşqar Təhməzli rəhbərlik edir.

Nilay

Oxşar Xəbərlər