Sevil-Sevinc bacılarından ürəkdağlayan paylaşım: "Kaş ki, yanımızda olaydın..."
Tanınmış əkiz müğənnilər Sevil və Sevinc Səfərova bacıları sosial media hesablarında izləyicilərini kədərləndirən paylaşım ediblər. Atalarını itirdikdən sonra hər fürsətdə ona olan həsrətlərini dilə gətirən ifaçılar, bu dəfə paylaşdıqları foto ilə hər kəsi duyğulandırıblar.
32gun.az bildirir ki, Bacılar ataları ilə birgə süni intellektlə duzəlmiş fotonu paylaşaraq, ürək sözlərini bu səmimi cümlələrlə ifadə ediblər:
"Atasızlığın nə qədər ağır bir dərd olduğunu yalnız yaşayan anlayar. Bu şəkli görəndə göz yaşlarıma hakim ola bilmədim. Ürəyimdən keçən tək cümlə var: kaş ki, yanımızda olaydın..."
Qısa müddət ərzində minlərlə bəyəni və şərh alan paylaşıma izləyicilər tərəfindən çoxsaylı dəstək mesajları gəlib. İzləyicilər bacılara səbir diləyərək, valideyn itkisinin yerinin heç vaxt dolmadığını vurğulayıblar.
Nilay