ÖZ XƏBƏR
Bakı Dövlət Universiteti laboratoriyalar üçün 3,3 milyon manatlıq avadanlıq alacaq
Bakı Dövlət Universiteti (BDU) tədris laboratoriyalarının maddi-texniki bazasını gücləndirmək məqsədilə yeni satınalma elan edib.
32gun.az xəbər verir ki, Satınalma çərçivəsində müxtəlif elmi-tədris istiqamətləri üzrə cihaz və avadanlıqlar alınacaq, layihənin ehtimal olunan dəyəri 3 milyon 335 min 19,19 manat təşkil edir.
Texniki tapşırığa əsasən, universitet universal yapışqan tapançaları, 2-in-1 krest tornavidalar, tələbə təlim modelləri üçün 37-in-1 sensor dəstləri, 3D printer, PLA filamentlər, elektronika dəstləri, müxtəlif akril təbəqələr, astronomiya və şou dəstləri və digər laborator təchizat vasitələrini əldə edəcək.
Ayaz