İDMAN ÖZ XƏBƏR

İkiqat dünya çempionu hər iki ayağından əməliyyat olunacaq

İkiqat dünya çempionu, fiqurlu konkisürən Yevgeniya Medvedeva yaxın vaxtlarda hər iki ayağından ciddi cərrahi əməliyyat keçirəcək.

32gun.az xəbər verir ki, bu barədə idmançı “БеС комментариев” adlı YouTube verilişində danışıb.

“Gələn il məni hər iki ayağıma – daban hissəsinə – kifayət qədər ciddi əməliyyat gözləyir. Məndə çox güclü halluks (ayaq deformasiyası) var, bu isə gündəlik həyatda mənə mane olur. Uzun müddət yeriyə bilmirəm, qaça bilmirəm, tullanmaq da mənim üçün çətindir,” – deyə Medvedeva bildirib.

O əlavə edib ki, bu problem doğuşdan mövcud olub, lakin illərlə davam edən intensiv məşqlər və idman yüklənməsi vəziyyəti ağırlaşdırıb.

Medvedeva ikiqat dünya və Avropa çempionu, ikiqat Olimpiya gümüş medalçısıdır. Bundan əlavə, onun aktivində dünya çempionatının bürünc və Avropa çempionatının gümüş medalı da var.

İdmançı son dəfə yarışlarda 2019-cu ilin dekabrında çıxış edib. 2023-cü ilin aprelində isə o, karyerasını başa vurduğunu açıqlayıb və hazırda öz YouTube layihəsi ilə məşğuldur.

Ayaz 

Oxşar Xəbərlər