Rusiyada ananasların qiyməti son bir ildə 16% yüksəlib və dekabrın sonuna qədər daha təxminən 10% artması gözlənilir.
32gun.az xəbər verir ki, b barədə Life nəşri SHOT Teleqram kanalına istinadən məlumat yayıb.
ATOL analitiklərinin məlumatına görə, son bir ayda belə, ananasın orta qiyməti 7% bahalaşıb. Əgər bir ay əvvəl bir kiloqram ananasın qiyməti orta hesabla 567 rubl idisə, hazırda bu rəqəm 607 rubla çatıb. Keçən il isə bu göstərici 523 rubl idi.
SHOT qeyd edir ki, Moskva mağazalarında ananasların qiyməti növ, mənşə ölkəsi və logistika xərclərindən asılı olaraq 600–1200 rubl arasında dəyişir. Rusiyaya idxal olunan ananasların 80%-dən çoxu Kosta-Rikadan gətirilir.
Nilay