DÜNYA ÖZ XƏBƏR

Çin Filippin və Kanadanı bölgədə gərginlik yaratmamağa çağırıb

Filippin və Kanada arasında imzalanan xarici qoşunların statusu haqqında saziş (SOVFA) bölgədə sülh və sabitliyə zərər vurmamalıdır.

32gun.ax xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib. 

“Çin ardıcıl olaraq bu mövqedə dayanır ki, dövlətlər arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq hər hansı üçüncü tərəfin maraqlarına qarşı yönəlməməli, ona zərər verməməli, güc nümayişinə və qarşıdurma təhrikinə səbəb olmamalıdır. Belə sazişlər regional sülh və sabitliyə xələl gətirməməlidir,” – deyə Mao Nin vurğulayıb.

Qeyd edək ki, noyabrın 2-də Filippin və Kanada xarici qoşunların statusu haqqında saziş (SOVFA) imzalayıblar. Filippin Müdafiə Nazirliyindən verilən məlumata görə, bu razılaşma iki ölkə arasında müdafiə əməkdaşlığının genişlənməsinə, hərbi qurumlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artmasına şərait yaradacaq.

Hazırda Filippinin ABŞ, Avstraliya və Yaponiya ilə də analoji sazişləri mövcuddur. Bununla yanaşı, Manila Fransa və bir sıra digər ölkələrlə də oxşar razılaşmalar üzrə danışıqlar aparır.

Nilay 

Oxşar Xəbərlər