ÖZ XƏBƏR

Dövlət İmtahan Mərkəzi təmizlik xidmətinə 255 min manat ayırır

"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" Publik Hüquqi Şəxs təmizlik xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 255.627,01 manat təşkil edir.

Müqavilə çərçivəsində mərkəzin inzibati binalarında, imtahanların keçirildiyi sahələrdə və anbar otaqlarında gündəlik və periodik təmizlik işlərinin həyata keçirilməsi nəzərdə tutulur

Ayaz

Oxşar Xəbərlər