SİYASƏT ÖZ XƏBƏR

Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı sözləri - VİDEO

Son günlər Ulu Öndər Heydər Əliyevin arxiv videosu sosial mediada geniş yayılıb və izləyiciləri həm kövrəldib, həm də düşündürüb. Videoda Ulu Öndər uşaqların cəmiyyətdəki əvəzsiz rolundan danışır, onların hər bir ailəyə və cəmiyyətə xoşbəxtlik gətirdiyini vurğulayır.

32gun.az bildirir ki, O, çıxışında deyir: “Hər bir insan həyatının mənasını və gələcəyini uşaqlarda görür. Uşaqlar hər bir ailəyə xoşbəxtlik bəxş edir. Onlar cəmiyyətin gülü, çiçəyidir. Onlar hamımızın həm bu günüdür, həm də gələcəyidir.”

Təbii ki, onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev də bu dəyərlərə xüsusi önəm verir və ölkədə uşaqların təhsili, sağlamlığı və inkişafı üçün ardıcıl siyasət həyata keçirir. Bu yanaşma, Ulu Öndərin dəyərlərinin bu gün də qorunub saxlanıldığını və gələcək nəsillərin rifahının təmin edildiyini göstərir.

Video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş paylaşılıb, Heydər Əliyevin uşaqlara verdiyi dəyərin nə qədər aktuallığını qoruduğunu bir daha sübut edib.

Ayaz

Oxşar Xəbərlər