Sasseks hersoginyası Meqan Markl Harper jurnalına verdiyi müsahibədə qızı Lilibet və oğlu Arçini könülə yaxın, sadə prinsiplərlə böyütdüyünü bildirib.
32gun.az bildirir ki, onun sözlərinə görə, uşaqlarının yanında olmaq və hər gün Montesitodakı malikanəsində fiziki olaraq onlarla vaxt keçirmək onun üçün prioritetdir.
Markl uşaqları ilə vaxt keçirməyin ona xüsusi zövq verdiyini deyib:
“Hamısını birləşdirə bilmək xoşuma gəlir. Uşaqlarla qumda oynamaq və sonra dəfilədə ön sırada oturmaq… Onlar elə bir yaşdadırlar ki, hər gün yeni bir şey öyrənirlər. Mən də onların çətinliklərlə üzləşməsini izləyirəm və öz təcrübəmə əsaslanaraq deyirəm: ‘Bilə-bilə deyirəm, indi çətin görünür, amma bu çox tez keçəcək’”.
Son zamanlar Meqan Marklın Parisdəki dəfilədə görünüşündən sonra plastik əməliyyat etdirdiyinə dair iddialar ortaya çıxmışdı.
4 oktyabrda Markl Paris Moda Həftəsi çərçivəsində keçirilən Balenciaga nümayişində iştirak edib. O, ağ kostyum, üst geyimi və qara hündürdaban ayaqqabılarda kameralara tuş gəlib. Saçları səliqəli topuzda toplanan hersoginya təbii makiyajla podiumu izləyib. Markl tədbirə iyul ayında Moda Evində kreativ direktor təyin olunan dostu Pyerpaolo Pıççolini dəstəkləmək üçün qatılıb.
Ayaz