ÖZ XƏBƏR
"Azərişıq" abonenti smart sayğacda səbəbsiz borc yaranmasından şikayət edir
Oruc İbrahimli adlı vətəndaş “Azərişıq” ASC ilə bağlı narazılığını sosial şəbəkədə paylaşıb.
32gun.az xəbər verir ki, O bildirib ki, smart kart tipli elektrik sayğacından istifadə edir və sistemdə gözlənilməz şəkildə 2 manatlıq borc yaranıb.
Şikayətçi bildirir ki, smart sayğaclarda kredit limiti maksimum 1 AZN olduğu halda, kartında 2 AZN borcun yaranması anlaşılmazdır:
“Mən kredit götürməmişəm, götürsəm belə düz gəlmir. Kredit limiti 1 AZN-dir, amma kartımda 2 AZN borc göstərilir. Bu necə mümkündür? Xahiş edirəm məsələ ilə bağlı aydınlıq gətirilsin”.
O. İbrahimli paylaşımının daha çox insan tərəfindən görülməsi üçün istifadəçilərə dəstək olmağı xahiş edib.
“Azərişıq” ASC-yə isə Vüqar Əhmədov rəhbərlik edir.
Ayaz