ÖZ XƏBƏR

Tarixi FOTO: Xalq–lider birliyinin unudulmaz kadrı

Sosial şəbəkələrdə paylaşılan ulu öndər Heydər Əliyevə aid  arxiv fotosu qısa müddətdə geniş maraq doğuraraq viral olub.

32gun.az xəbər verir ki, bu tarixi kadrda çoxsaylı insanların bir araya gələrək sıx şəkildə liderlərinin ətrafında toplaşması həmin dövrün xalq–lider münasibətlərindəki səmimiyyəti, güvəni və bağlılığı əks etdirən mühüm nüans kimi dəyərləndirmək olar. 

Bu foto hər kəsə bir daha tariximizi, xalqın həm çətin, həm də taleyüklü dönəmlərdə rəhbərinin ətrafında necə birləşdiyini xatırladır.

Bu görüntünü  həm də milli yaddaşın canlı bir parçası, Azərbaycan xalqının o illərdə göstərdiyi birlik və həmrəyliyin simvolu kimi qiymətləndirmək olar.

Əlbəttə həmin ruh, həmin birlik bu gün də davam edir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin ətrafında yaranan xalq birliyi, ölkə daxilində nümayiş etdirilən yüksək həmrəylik və güclü dəstək həmin tarixi görüntülərin müasir dövrdəki davamıdır.

Bu gün Azərbaycanın qalib ölkə kimi mövqeyini möhkəmləndirməsi, xalqın öz liderinə göstərdiyi inam və sevgi məhz illərlə formalaşmış siyasi ardıcıllığın, eləcə də milli birliyin nəticəsidir.

Sosial şəbəkələrdə geniş yayılmış bu foto həm tarixi dəyəri, həm də xalqın keçmişdən bu günə uzanan birliyini xatırlatması baxımından xüsusi diqqət çəkir.

Aygün İlqarqızı/ 32gun.az Xəbər Portalının baş redaktoru 

Oxşar Xəbərlər