Dünya və Avropa çempionu, Rusiya fiqurlu konkisürməçisi Yelizaveta Tuktamışeva YouTube-da Vitya Kravçenko ilə müsahibəsində çəki üzərindəki ciddi nəzarət səbəbindən yaşadığı problemləri açıqlayıb.
32gun.az xəbər verir ki, o bildirib ki, hər gün çəkisini ölçmə və daim nəzarət olunma təcrübəsi ona daimi narahatlıq verib. Tuktamışeva həm dərmanlar qəbul etdiyini, həm də bulimiya ilə mübarizə apardığını etiraf edib, lakin bununla mübarizəni bacardığını qeyd edib.
24 dekabr 2022-ci ildə Tuktamışeva Rusiya çempionatında bürünc medal qazanıb (241,72 bal). Yarışın qalibi Sofya Akatyeva (249,74 bal), ikinci yer isə Kamila Valieva (247,32 bal) olmuşdu. Lakin Valievanın diskvalifikasiyasından sonra Tuktamışeva ikinci pilləyə yüksəlib.
Tuktamışeva karyerasına 2023-cü ilin oktyabrında fasilə verib və o vaxtdan etibarən rəsmi yarışlarda iştirak etməyib. O, 24 noyabr 2025-ci ildə rəsmi olaraq karyerasını bitirdiyini elan edib.
Ayaz