ÖZ XƏBƏR
Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı patomorfoloji reaktiv və sərf materialları alır
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı patomorfoloji reaktivlərin və sərf materiallarının satın alınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, ehtimal olunan qiymət 145.392,40 AZN təşkil edir. Satınalmanın əsas məqsədi laboratoriya işlərinin keyfiyyətinin yüksəldilməsi və tibbi diaqnostika proseslərinin səmərəliliyini artırmaqdır.
Mərkəzi Hospital tərəfindən tenderə qatılmaq istəyən şirkətlər texniki və maliyyə təkliflərini təqdim edə bilərlər.
Ayaz