ÖZ XƏBƏR

Ağsu Su Meliorasiya İdarəsi təmir işləri üçün mal-material və ehtiyat hissələri alır

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün mal-material, subartezian və nasos stansiyaları üzrə ehtiyat hissələrinin satın alınması məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki,  tenderdə ehtimal olunan qiymət 147.716,48 AZN göstərilib. Satınalma siyahısında taxta ağac materialları, armatur, mismar, beton mismarı, sement, yuyulmuş qum, qırmadaş və digər tikinti materialları yer alıb.

Məlumata görə, tenderə qatılmaq istəyən şirkətlər texniki və maliyyə təkliflərini təqdim edə bilərlər. 

Ayaz

Oxşar Xəbərlər