ÖZ XƏBƏR
Milli Depozit Mərkəzinin avtonəqliyyat təmiri üzrə tenderi ləğv edildi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən istifadədə olan avtonəqliyyat vasitələrinin təmir xidmətlərinin satın alınması üçün elan edilmiş tender ləğv edilib.
32gun.az xəbər verir ki, ləğv edilmə səbəbi olaraq göstərilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır (36.1.1.).
Tenderin ehtimal olunan qiyməti 4.560,10 AZN təşkil edirdi. Ləğv qərarı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən verilib.
Nilay