ÖZ XƏBƏR
10 manatlıq şirkət Zakir Fərəcovdan 1 milyon uddu
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərdə abad məhəllələrin yaradılması işlərinin satınalınması üzrə tenderi yekunlaşdırıb.
32gun.az xəbər verir ki, tenderin qalibi “SAFARI” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Qalib şirkətlə 1.165.094,06 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
“SAFARI” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və şirkətin rəhbəri İsazadə İqbal Mirbaba oğludur.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.
Ayaz