Azərbaycan Texniki Universitetində 197 minlik satınalma
Azərbaycan Texniki Universiteti Bir Pəncərə Sistemi – Daxili İdarəetmə və Kommunikasiya Platformasının satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və qalib şirkətlə 197.060 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir.
Universitetə təqdim olunacaq sistem təşkilat üzrə informasiya sistemlərinin vahid idarəetmə, daxili məlumatlandırma və təqvim-planlama imkanlarını, struktur bölmələr üzrə istifadəçi kabinetləri, elan və bildiriş mexanizmi, təqvim və görüşlərin planlaşdırılması, fikir və təkliflərin toplanması, elektron kitabxana və yardım masası funksiyalarını təmin edəcək. Eyni zamanda elektron sənəd dövriyyəsi sistemi daxili və xarici sənədlərin qeydiyyatı, imzalanması, vizalaşdırılması və icraya yönləndirilməsini təmin etməklə e-imza dəstəyini, aydın axtarış-filtrləmə mexanizmlərini və digər sistemlərlə inteqrasiyanı dəstəkləyəcək. Çağrı mərkəzi sistemi telefon zənglərinin mərkəzləşdirilmiş qeydiyyatı, avtomatik yönləndirilməsi, IVR menyuların qurulması, müraciətlərin status izlənməsi və performans statistikalarını təqdim edəcək. Bundan əlavə, akademik və inzibati personalın vahid rəqəmsal idarəetmə sistemi kadr məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasını, işə qəbul, vəzifə dəyişiklikləri, məzuniyyətlərin uçotu və digər kadr funksiyalarını təmin edəcək, həmçinin digər daxili sistemlərlə inteqrasiyanı dəstəkləyəcək.
Ayaz