ÖZ XƏBƏR

Daha bir tender ləğv edildi - SƏBƏB

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işlərinin satın alınması üzrə açıq tender elan edilmişdi.

32gun.az xəbər verir ki, , tender Dövlət satınalmaları haqqında qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Ləğv edilmə səbəbi odur ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Ehtimal olunan qiymət 137.691,75 AZN təşkil edirdi. Tenderin ləğvi, bölgədə söküntü işlərinin vaxtında başlanması perspektivinə təsir edə bilər.

Ayaz

Oxşar Xəbərlər