ÖZ XƏBƏR

Dövlət Gömrük Komitəsi iri həcmli dezinfeksiya avadanlıqlarının satınalmasını elan edib

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “AzərTerminalKompleks” Birliyi yaxın günlərdə “Dezinfeksiya avadanlıqlarının satınalınması və təmiri” işlərini həyata keçirmək məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki,  , işlərin ehtimal olunan qiyməti 470.329,12 AZN təşkil edir. Satınalmanın predmetinə nasos üçün dozatorlar, Dozatron D25RE2 nasosu üçün filterlər, dezinfeksiya bariyerləri, dezinfeksiya aparatları və 10.000 litr dezinfeksiya məhlulu daxildir.

Tenderdə iştirak etmək istəyən şirkətlər üçün xüsusi tələblər müəyyən olunub. Məsələn, dezinfeksiya bariyərinin şaxtaya və yağışa davamlı, avtomatik iş rejimlərinə malik, nasos qrupunun minimum 10 litr/saat gücə sahib olması tələb olunur. Həmçinin, avadanlıqlar CE sertifikatına malik olmalıdır.

Ayaz

Oxşar Xəbərlər