ÖZ XƏBƏR
DGK-nin Mərkəzi Hospitalında növbəti dəfə satınalma dayandırıldı
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən elan edilmiş dərman vasitələrinin satınalması üzrə açıq tender ləğv edilib.
32gun.az xəbər verir ki, Tenderin ehtimal olunan qiyməti 641.282,30 AZN təşkil edirdi.
Rəsmi məlumata görə, tenderin ləğv edilməsinə səbəb iştirakçıların sayının qanunvericiliklə müəyyən edilmiş minimumdan az olması olub. Belə ki, təklif təqdim edən və tələb olunan lisenziyaya malik olan təchizatçıların sayı üçdən az idi. Bu səbəbdən Tender Komissiyası Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” Qanununun 36.1.1-ci maddəsinə əsasən tenderi baş tutmamış hesab edib.
Ayaz