ÖZ XƏBƏR
Respublika Neyrocərrahiyyə Xəstəxanasının tenderi ləğv edilib
“Respublika Neyrocərrahiyyə Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elan edilmiş kabel və naqillərin izolyasiya və torpaqlama müqavimətinin ölçülməsi xidməti üzrə tender ləğv edilib.
32gun.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 3.352,50 AZN təşkil edirdi.
Rəsmi açıqlamaya görə, tenderin ləğv edilməsinə səbəb iştirakçıların sayının qanunvericiliklə müəyyən edilən minimumdan az olmasıdır. Təklif təqdim etmiş və tələb olunan lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğundan, Tender Komissiyası “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən tenderi baş tutmamış hesab edib.
Ayaz