Fövqəladə Hallar Nazirliyi 4 minik avtomobili alacaq
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu üçün 4 ədəd minik avtomobilinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, Xidməti “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti təmin edəcək. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 107.600 AZN təşkil edir.
Alınacaq avtomobillər offroader/SUV tipli, 5 qapılı və tam 4x4 ötürücüyə malik olacaq. Hər bir avtomobilin mühərrik həcmi 1.7 L, maksimum gücü 80 a.g., sürəti 140 km/saat, yanacaq sərfiyyatı isə 10.2 L/100 km-dir. Avtomobillərdə təhlükəsizlik kəmərləri, ISOFIX sistemi, ABS/EBD, əyləc dəstəyi, bort kompüter, kondisioner, isidilən oturacaqlar, elektrik şüşə qaldırıcıları, LED arxa faralar və digər müasir avadanlıqlar təmin olunacaq. Rəngi ağ olacaq.
Ayaz