ÖZ XƏBƏR
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında mühafizə xidməti üçün tender elan edilib
“Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi (PHŞ) mühafizə xidmətlərinin satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tenderə əsasən, xəstəxana daxilində ictimai asayişin qorunması üçün ümumilikdə 7 mühafizəçi fəaliyyət göstərəcək: 1 post (08:00-20:00)-(20:00-08:00), 2 post (08:00-20:00) və 3 post (08:00-20:00).
Xidmət müddəti 11 ay, ehtimal olunan qiymət isə 94.000,06 AZN olaraq müəyyən edilib.
Ayaz