Dənizkənarı Bulvar İdarəsi iki tender elan edib
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsi iki ayrı tender çərçivəsində satınalmalar həyata keçirəcək.
32gun.az xəbər verir ki, birinci tender zanbaq (tülpan) soğanaqlarının alınmasını əhatə edir. Tenderə əsasən, Purple Raven (17.500 ədəd), Hotspot (9.500 ədəd), Strong Love (9.500 ədəd), Pink Ardour (17.500 ədəd), Outfit (5.000 ədəd), Dow Jones (5.000 ədəd), Strong Gold (18.000 ədəd) və White Marvel soğanaqları alınacaq. Ehtimal olunan qiymət 89.105,00 AZN-dir.
İkinci tender isə ağacların, kol bitkilərinin və ot örtüyünün (qazon) alınmasını nəzərdə tutur. Buraya qapalı kök sistemli qazon (10.000 m²), Şümşad ağacı (5.000 ədəd), böyük və balaca zeytun ağacları, yulğun (50 ədəd), Vestringia (55 ədəd) və digər bitkilər daxildir. Ehtimal olunan qiymət 391.505,43 AZN təşkil edir.
Ayaz