ÖZ XƏBƏR
Füzuli Rayon Mərkəzi Xəstəxanası dəftərxana və təsərrüfat mallarının alınması üçün tender elan edib
“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə tender elan edib.
32gun.az xəbər verir ki, tender çərçivəsində “Art Point Reklam” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq ediləcək.
Alınacaq məhsullar arasında 25-lik krant (60 ədəd), D15 mm plazmas turba (300 m), sabun (200 ədəd), 36 ölçülü dəstdə acar (2 ədəd), hava təmizləyici dezodrant (50 ədəd), 600 qr yuyucu toz (100 ədəd) və digər dəftərxana və təsərrüfat malları yer alır.
Ehtimal olunan qiymət 66.557,72 AZN, “Art Point Reklam” MMC ilə bağlanacaq müqavilənin qiyməti isə 52.116,82 AZN təşkil edir.
Ayaz