ÖZ XƏBƏR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yanğınsöndürmə balonları alır - 38 min manatlıq

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi yanğınsöndürmə balonlarının alınması, doldurulması və mövcud sistemlərə texniki servis xidmətlərinin satın alınması üzrə tender keçirib.

32gun.az xəbər verir ki, tender çərçivəsində quru kimyasal toz (QKT) tərkibli 6 kq-lıq balonlar (360 ədəd), CO2 tərkibli 5 kq-lıq balonlar (16 ədəd), köpüklü 50 kq-lıq balonlar (17 ədəd), QKT 12 kq-lıq balonlar (2 ədəd) və avtomobillər üçün ilkin tibbi yardım çantaları (210 ədəd), həmçinin 2 kq-lıq QKT balonlar (210 ədəd) alınacaq.

Tenderin ehtimal olunan qiyməti 37.493,91 AZN təşkil edir.

 Ayaz

Oxşar Xəbərlər