ÖZ XƏBƏR
Təhsilin İnkişafı Fondu 68 nömrəli tam orta məktəb üçün tender elan edib
“Təhsilin İnkişafı Fondu” Publik Hüquqi Şəxsi Bakı şəhəri, Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin sökülərək yerində 528 şagird yerlik yeni məktəb binasının tikintisinin əlavə işləri və mebel avadanlıqları ilə təchiz olunması üçün tender keçirib.
32gun.az xəbər verir ki, tender çərçivəsində həyata keçiriləcək işlərə aşağıdakılar daxildir:
-
Mövcud məktəb binasının sökülməsi,
-
Yeni 528 şagird yerlik binanın tikintisi üzrə əlavə işlərin görülməsi,
-
Təhsil müəssisəsinin mebel və avadanlıqlarla tam təchiz edilməsi.
Tenderin ehtimal olunan qiyməti 1.308.688,28 AZN təşkil edir.
Ayaz