ÖZ XƏBƏR

Dövlət Sərhəd Xidməti tender elan edib

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti” Publik Hüquqi Şəxsi Bakı və ətraf ərazilər, həmçinin bölgələr üzrə camaşırların yuyulması xidmətlərinin alınması məqsədilə tender keçirib.

32gun.az xəbər verir ki, tender çərçivəsində aşağıdakı xidmətlər nəzərdə tutulur:

  • Bakı və ətraf ərazilər üçün camaşırların yuyulması – 150.000 kq,

  • Bölgələr üzrə camaşırların yuyulması – 100.000 kq.

Tenderin ehtimal olunan qiyməti 404.150,00 AZN təşkil edir. Satınalma Dövlət Sərhəd Xidmətinin inzibati və əməliyyat fəaliyyətində istifadə olunan geyim və tekstil məhsullarının mütəmadi təmizliyini təmin etmək məqsədini daşıyır.

Oxşar Xəbərlər