ÖZ XƏBƏR

Zəngilan Mərkəzi Xəstəxanasının tikintisi ləğv edildi: 1,2 milyon manatlıq hazırlıq dayandırıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisinin hazırlığı – müvəqqəti bina və qurğular – üçün nəzərdə tutulmuş satınalma ləğv edilib.

32gun.az xəbər verir ki, ləğvin səbəbi nəzarət orqanının qərarı ilə göstərilib.

Qeyd edək ki, layihə üzrə ehtimal olunan qiymət 1.212.329,64 manat təşkil edirdi. Dövlət xəstəxanalarının tikinti hazırlıqlarının dayandırılması xərclərin səmərəliliyi və layihələrin vaxtında icrası ilə bağlı suallar doğurur.

Ayaz

Oxşar Xəbərlər