ÖZ XƏBƏR

Şimal-şərqi Nigeriyada məsciddə partlayış: 7 nəfər həlak olub

Şimal-şərqi Nigeriyada axşam namazı zamanı baş vermiş partlayış nəticəsində ən az yeddi nəfər ölüb.

32gun.az bildirir ki, bu barədə Frans Press agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, partlayış çərşənbə günü, Borno ştatının paytaxtı Mayduguri şəhərində, Gambru bazarındakı məsciddə baş verib. Hadisə axşam namazı zamanı törədilib.

Qeyd edək ki, Nigeriyada 10 dekabrda polis, səhiyyə və yerli hakimiyyət orqanları Nqor-Okpala bölgəsindəki şəxsi oteldə qanunsuz orqan transplantasiyası ilə məşğul olan bir otaq aşkar edib. Otaqda müxtəlif mərhələlərdə olan yüzlərlə insan cəsədi tapılıb. Polis nümayəndəsi Henri Okoye bildirib ki, cəsədlər antisanitar şəraitdə saxlanılıb və zədələnmə xarakteri tədqiqatçılarda qanunsuz orqan ticarəti fəaliyyəti ilə bağlı ciddi şübhələr yaradıb.

Ayaz 

Oxşar Xəbərlər