ÖZ XƏBƏR

Bakı Slavyan Universitetində 545 min manata görün nə alınır

Bakı Slavyan Universiteti ümumi və texniki təyinatlı predmetlərin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan dəyəri 545.766,97 AZN, iştirak haqqı isə 450 AZN təşkil edir.

Tender çərçivəsində müxtəlif növ mebel və avadanlıqların alınması planlaşdırılır. Buraya karkası paslanmayan dəmirdən və keyfiyyətli süngərdən hazırlanmış stullar (100 ədəd), qoltuqlu və yazı masalı stullar (200 ədəd), ağac ayaqlı stullar (6 ədəd), MDF LAM materialından hazırlanmış masalar (5 ədəd)monitorlu tribuna (1 ədəd) daxildir. Bundan əlavə, tavanda rigellərin üzlənməsi (6 ədəd), qızdırıcıların üzlənməsi (4 ədəd), girişdə divarın üzlənməsi (1 ədəd), kreslo (35 ədəd), toplantı masası (1 ədəd), fırlanan kreslo (30 ədəd), divarın üzlənməsi (60 m²), divar içi kitab dolabı (1 ədəd), büstün ətrafının mebel ilə üzlənməsi (11 m²)qızdırıcıların üzlənməsi (6 m²) təmin ediləcək.

Həmçinin tender çərçivəsində universitetin tədris və inzibati ehtiyacları üçün kondisionerlər, interaktiv lövhə, proyektor, printer və digər texniki avadanlıqlar da satın alınacaq.

Ayaz

Oxşar Xəbərlər