75 minlik tenderdə qalib “Avto Texnika Detaling” oldu
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, “Avto Texnika Detaling” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.635 AZN dəyərində müqavilənin bağlanması gözlənilir.
Tender çərçivəsində ekskovator Doosan, buldozer Komatsu, Hyundai və QAZ nəqliyyat vasitələri üçün işə salma mexanizmləri, yanacaq nasosları, vərdənələr (alt və yuxarı), səs boğucular, sürətlər qutusu, su radiatoru, bel silindiri, hidravlik nasoslar, püskürücülər və kardan dəstləri daxil olmaqla müxtəlif ehtiyat hissələri satın alınacaq.
Qeyd olunur ki, alınacaq hissələr həm ağır texnika, həm də nəqliyyat vasitələrinin normal işləməsini təmin etmək üçün nəzərdə tutulub
Ayaz