ÖZ XƏBƏR

Bakı Dövlət Peşə Təhsil Mərkəzi mühafizə xidməti üçün  208 min manat

“Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən 2026-cı il üçün mühafizə xidmətinin satın alınması üzrə müsabiqə keçirilib.

32gun.az xəbər verir ki,  satınalma çərçivəsində ehtimal olunan qiyməti 208.314,84 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.

Tender tələblərinə əsasən, mərkəzin ərazisində 15 nəfər mühafizəçi cəlb edilməklə xidmətin 10 ay müddətində, fasiləsiz rejimdə təşkil olunması nəzərdə tutulur. Mühafizə tədbirləri təhsil korpuslarının, inzibati binaların və maddi-texniki bazanın təhlükəsizliyinin təmin edilməsini əhatə edəcək.

Satınalma sənədlərində mühafizəçilərin 24 saatlıq növbə qrafiki, buraxılış rejiminin təşkili və fövqəladə hallar zamanı operativ müdaxilə kimi şərtlər xüsusi qeyd olunub. Müqavilə üzrə yekun nəticələrin və qalib tərəfin rəsmi qaydada yaxın günlərdə açıqlanacağı bildirilir.

Nilay

Oxşar Xəbərlər