ÖZ XƏBƏR
Ağ Ev: Tramp Qrenlandiyanın alınması ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib
Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyinin birmənalı olduğunu bildirib.
32gun.az xəbər verir ki, Onun sözlərinə görə, Donald Tramp Birləşmiş Ştatların Qrenlandiyanı satın almasını istəyir və bu məsələ ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib. Karolin Levittin açıqlaması C-Span portalında yayımlanan çıxış zamanı səsləndirilib.
Mətbuat katibi qeyd edib ki, Tramp administrasiyası Qrenlandiyanın ABŞ üçün strateji və geosiyasi əhəmiyyətini xüsusi vurğulayır.
Ayaz