SOSIAL

SON DƏQİQƏ! Bu şəxslərin maaşı 20 faiz ARTIRILDI - RƏSMİ

“Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının əməkhaqları artırılıb.

32gun.az Modern.az-a istinadla xəbər verir ki, artım barədə qərar ötən ay verilsə də, yanvar, fevral aylarına da şamil edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, əməkhaqları 20 faiz artırılıb:

“Əmr mart ayında verilib. Buna baxmayaraq, artım yanvar və fevral aylarına da şamil edilib”.

Oxşar Xəbərlər