DÜNYA

Putin və Lukaşenkonun planı: Ölkələr birləşir

Aleksandr Lukaşenko Belarusun Rusiyaya daxil olması ilə bağlı danışığı “köhnə üsullar” adlandırıb.

32gun.az xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı Vladivostokda Primorsk diyarının qubernatoru Oleq Kozhemyako ilə görüşündə bildirib. Onun sözlərinə görə, Belarus və Rusiya bütün digər ölkələrə nümunə olacaq birlik qurmaq niyyətindədirlər.

Aprelin 12-də Blaqoveşenskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar olub. Lukaşenko ilə söhbət zamanı Rusiya prezidenti deyib ki, Qərb ölkələri Moskva və Minskə qarşı “total sanksiya müharibəsi”nə başlayıblar. Bununla bağlı Putin Rusiyanın Belarusla inteqrasiyasını daha da gücləndirmək niyyətində olduğunu bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər