İDMAN

Ermənipərəst idmançıya ailəsinin gözü önündə dərs verən AZƏRBAYCANLI DÖYÜŞÇÜ: "Bayraqla çıxdığım üçün..." (FOTO+VİDEO)

Gənc MMA-çı, “Maqa” ləqəbi ilə tanınan Məhəmmədəli Osmanov 32gun.az-a müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:

- Öncə  özünüzü təqdim edin.

2016-2017-ci illərdən başlayaraq Qarışıq Döyüş Növləri ilə məşğul oluram. Bu idmana dayım sayəsində başlamışam. Bundan sonra bu idmana həvəsim artıb.

Lap kiçik yaşlardan -  7 yaşımdan dayım məni bu növ üzrə hazırlaşdırmağa başladı.

Amma ilk dəfə yarışa  12 yaşda çıxmışam. Belə ki, Şağan Olimpiya İdman Kompleksində baş tutan Qaydasız Döyüş Növləri üzrə keçirilən yarışda 2-ci yerin sahibi oldum. Finaldakı rəqibim özümdən böyük idi.

Əslində bu yarışa cəmi bir həftə hazırlaşmışdım. Bununla da mənim idman karyeramın təməli qoyuldu, dayımla peşəkar məşqlərə başladıq.

Dayım Əhəd Məmmədovla məşqlərə davam etdik. Sonuncu dəfə Gürcüstanda döyüşmüşəm və IFFC kəmərini qazanmışam.

 

- 10 ilə yaxındır bu idmanla məşğulsan, heç qorxduğun rəqibiniz olubmu?

Xeyr, döyüşlərə çıxan zaman, məndə rəqiblərə qarşı prinsip yaranır. Döyüşə çıxdığım zaman bütün fikrimi qələbə üzərinə cəmləyirəm.

- Bəs, məyus edən döyüşünüz olubmu?

Bəli, olub. Uduzmağımın səbəbini xatırlamıram, amma bilirəm ki, yorulmuşdum. Boğucu fəndi səhv etdiyim üçün alınmadı.

- Bu zamana qədər neçə yarışa çıxmısan (beynəlxalq yarışlar daxil.)?

Ümumi yarışların sayı 60-a yaxın olar. Onlardan 3-ü beynəlxalq yarışlar olub. İkisi Gürcüstanda, biri Dağıstanda olub. Nəticə olaraq 1 kubok, 1 kəmər  qazanmışam. Onlardan ikisi peşəkar  döyüş olub. “Sherdog”a (sherdog.com) düşüb. Əslində “sherdog”da nəticəm  3-0 eyd olunmalıdır, amma mən də 2-0 qeyd olunub. 15 yaşımda Dağıstanda döyüş zamanı çeçen rəqibimi uddum. Yaşım az olduğu üçün “sherdog” 3-0 düşmədi.

- Erməni idmançı ilə qarşılaşıbsınız?

- Əslində sonuncu dəfə döyüşdüyüm rəqibim həm erməni pərəst idi, həm də ailə üzvlərindən erməni olan vardı .

 Hətta döyüşdən sonra gürcülərlə azərbaycanlılar arasında dava düşdü. Gürcülərin arasında çox sayda erməni var idi. Rəqibim biraz lovğa olduğu üçün, məndə ona eyni onun kimi davrandım. Onun 28 yaşı var idi. Ondan 10 yaş kiçik olduğum üçün yarışdan əvvəl mənə kinayəli şəkildə gülürdü. Lakin sonda ona qələbəmlə dərs verdim. Hətta ailəsi və  övladları da orada idi. 

- Qarşıdakı dövrlərdə hansı məqsədləriniz var?

-  Əsas məqsədim 3 il sonra UFC-yə çıxmaqdır. 2 ay sonra 18 yaşım tamam olur. Bundan sonra “sherdog”dakı nəticəmi  artırıb 7-0 və ya 8-0 etsəm UFC qəbul edəcək. Hazırda “sherdog”da nəticəm  2-0 dır. 5 döyüş sonra istədiyim nəticəyə çata bilərəm. Mən bunu edəcəyimə əminəm.

- Hansı federasiyanın tərkibində döyüşürsünüz?

Azərbaycanda bununla bağlı milli komanda olmadığı üçün döyüşlərə dayıma məxsus klubun- "MMMFight Club" adından qatılıram.

Bəs Azad Əsgərovun rəhbəri olduğu Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının təşkil etdiyi yarışlarda çıxış etmisən?

Bəli 3 dəfə döyüşmüşəm. Bunlardan ikisi respublika, biri Bakı çempionatı olub. Bu həftənin bazar günü respublika çempionatı olacaq və mən ora qatılacam.

- Gün ərzində neçə dəfə məşq edirsiniz?

- Gün ərzində 2 dəfə məşq edirəm. Dincəlməyi sevmədiyim üçün, döyüşlərin növbəti günü yenidən məşqlərə davam edirəm.

- Zədə almısınız? Və bunlar sizi qorxudubmu?

- Bəli, burnum, qulağım və qaşımdan müxtəlif zədələr almışam. Amma bunların heç biri mənim qorxutmayıb. Çünki mənim üçün əsas olan qələbəyə doğru addımlamaq, mənə dəstək olan , inan hər kəsin inamını doğrultmaqdır. Ən çox da özüm bu idmanda sübut etmək əsas məqsədimdir. 

- Döyüşlərə çıxan zaman sizə stimul verən ən böyük şey nə olub?

- Məqsədim var və ona doğru irəliləmək üçün çalışıram, UFC-yə çıxmaq ən böyük arzum və məqsədimdir. Mən həyatımı idmanla bağlamışam.

Mənim üçün ən böyük şan-şöhrət Azərbaycan bayrağını dalğalandırmaqdır. İndiyə qədər Azərbaycanın adından  UFC-yə heç kim çıxmayıb. İstəyirəm bu sahədə ilk olub və bayrağımızı ucaldım.

Eyni zamanda mən gələcəyin əsgəriyəm. Bu torpağa, vətənə, millətə qanımla-canımla bağlıyam. Müzəffər Ali Baş Komandanın əmrinə hər zaman hazıram. 

44 günlük müharibədə torpaqları azad edilən bu millətin bir fərdi olmaqdan qürür duyuram. Beynəlxalq döyüşlərdəki qələbələrdən sonra bayrağımızı qaldırıb çiynimdə fəxrlə daşımışam.

Beynəlxalq yarışlarda buna fərqli reaksiyalar olub. Mən bayrağımızı qaldırdığım zamanı müxtəlif hadisələr yaşanıb. Onlar bunu sevmirlər.

Onların mənfi düşüncələri məni daha da ruhlandırırdı. Çünki o qədər başqa millətin idmançılarının arasında bayrağımızı qaldırmaq, mənim üçün fəxrdir.

Bu hadisə Dağıstandakı yarışda da olmuşdu. qələbədən sonra  çiynimdə Azərbaycan Bayrağı ilə döşəkdə dövr etdim. Bu zaman onlar mənə “”yuh” səsləri ilə etiraz etmişdilər. Orada da ermənipərəst, həmçinin ermənilər vardı .

- Ən tez qələbəniz neçə saniyəyə olub?

- Hövsanda keçirilən yerli yarışda, çıxdığım döyüşü 3 saniyəyə qazanmışam. Rəqibi ayaq zərbəsi ilə nokaut etmişəm.

Onu da deyim ki, mən döyüşü uzatmağı sevmirəm. Ən çox halda rəqibimi boğaraq məğlub edirəm.

- Kumiriniz varmı?

- Bəli var... Konor Makqreqordur. Uşaqlıqdan bu idmançı məni MMA-ya daha da ilhamlandırıb.

Nilay

Oxşar Xəbərlər