DÜNYA

Məşhur müğənni Lotu Qulinin dostu olan mafiya liderinə mahnı həsr etdiyi üçün polisə çağırıldı (VİDEO)

Cinayətkar qruplaşmanın lideri Sedat Peker üçün "Siyasət kefimizi pozdu" adlı ad günü mahnısı yazan məşhur türkiyəli müğənni İsmail Türüt Polis İdarəsinə çağırılıb.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Türüt ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Türkiyədə ona qarşı keçirilən əməliyyatdan sonra xaricə qaçan və Birləşmiş Ərəb Əmirliklərində yaşadığı bilinən cinayət qrupunun lideri Sedat Peker Youtube-da yayımladığı videolar və iddialarla uzun müddətdir gündəmdədir. Yayımladıqları videolara görə bir çox məşhur adlar Pekerlə çəkdirdikləri fotoları sosial media hesablarından siliblər.

Lakin Pekerə yaxınlığı ilə tanınan türkiyəli müğənni İsmail Türüt bu adlar arasında olmayıb. Türüt nə Pekerlə fotosunu sosial media hesabından silib, nə də əlaqələrini kəsib.

Məlumat üçün bildirək ki, mətbuatda gedən məlumatlara görə, Sedat Pəkərin azərbaycanlı mərhum "qanuni oğru",  "Lotu Quli” kimi tanınan Nadir Səlifovla yaxın münasibəti olub. Təsadüfü deyil ki, "Lotu Quli” həbsdən azad olunub, İstanbula köç edən zaman Sedat Pəkər onu ziyarətə gələrək görüşüb.

Nurlan Şiraliyev

İsmail Türüt, Sedat Peker'e türkü yazdı: Reisim sen gideli, deli gibiyim  deli

Oxşar Xəbərlər