Praqa sammitində GƏRGİNLİK - Ərdoğanla onun arasında mübahisə düşübmüş (İDDİA)
Yunan mətbuatında yer alan xəbərlərə görə, Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində gərginlik yaşanıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlərin qatıldığı şam yeməyində Türkiyə prezident Ərdoğanla Yunanıstanın baş naziri Mitsotakis arasında mübahisə yaşandığını iddia edilib.
Yunanıstanın ən çox oxunan qəzetlərindən olan “Kathimerini” “Yunanıstan-Türkiyə münasibətləri: Mitsotakis Ərdoğanın şousuna cavab verdi” başlığı altında xəbərlər dərc edib.
Dərc olunan xəbərdə "Avropa Siyasi Birliyinin Praqadakı axşam yeməyi Mitsotakis ilə Ərdoğan arasında müzakirə meydanına çevrildi. Ərdoğan Yunanıstana qarşı iddialarını təkrarladı" ifadələri işlədilib.
Mənbənin məlumatına görə, Türkiyə lideri Yunanıstana hücum edərək Afinanın təxribatçı hərəkətləri ilə bölgədəki gərginliyi artırdığını bildirib. Həmçinin baş nazir Mitsotakisin dərhal cavab verdiyi və Türkiyənin Yunanıstanın Egey adalarının suverenliyini şübhə altına almasını dayandırmalı olduğunu bildirdiyinə dair məlumatlar yayımlanıb.
Qeyd edək ki, Türkiyə KİV-lərində yer alan məlumatlar da, "İki adın görüşə biləcəyi sammitdən əvvəl tez-tez gündəmdə olsa da, belə bir görüş olmayıb" - deyə, bildirilib.
Nurlan Şiraliyev