DÜNYA

Bayden İranla bağlı qərarı imzaladı

ABŞ Prezidenti Co Bayden ABŞ-ın 1979-cu ilin noyabrında tətbiq etdiyi sanksiyaların davam etdirilməsini nəzərdə tutan İrana qarşı fövqəladə vəziyyətin müddətini uzadıb.

32gun.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin məktubunda deyilir.

"Mən 12170 saylı İcra Sərəncamı ilə elan edilmiş İran üçün Milli Fövqəladə Halın müddətini bir il uzadıram",- deyə Bayden yazıb.

Hesabatda vurğulanır ki, ABŞ-ın hərəkətləri İrandakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün yaratdığı fövqəladə təhlükə ilə mübarizə zərurəti ilə bağlıdır.

Oxşar Xəbərlər