Oğurluqda ittiham olunaraq 73 il 8 ay həbs cəzası alan və uzun müddətdir ki, polis tərəfindən axtarılan qadın saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, axtarışda olan Fehime Edirneli dünən saat 18.00 radələrində Aydın vilayətinin Efeler rayonunda keçirilən reyd zamanı polis tərəfindən tutulub.
Polis bölməsinə aparıldıqdan sonra məhkəməyə çıxarılan qadın həbs edilib.
Nurlan Şiraliyev