DÜNYA ÖZ XƏBƏR

Əminə Ərdoğana təqdim edilən "Togg"un pulunu kim ödəyib?

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan qatıldığı canlı yayımda "Togg"un təqdimat mərasimindən danışıb.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti, Əminə Ərdoğana təqdim edilən qırmızı "Togg"un pulunun özü tərəfindən ödənildiyini bildirib.

"Qırmızı avtomobil tərəddüdsüz Əminə xanımındır, pulunu özü ödəyib. Digəri isə bizim rəsmi avtomobilimizdir" - deyə, prezident qeyd edib.

Ərdoğan həmçinin, "34 EE 2071" dövlət nömrə nişanının Əminə Ərdoğanın adına olduğunu açıqlayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər