DÜNYA ÖZ XƏBƏR

"Togg"dan xidməti avtomobil kimi istifadə edən növbəti şəxs görün kimdir (FOTO)

Türkiyənin yerli avtomobili “Togg”dan xidməti avtomobil kimi istifadə edən növbəti şəxs Ailə və Sosial Xidmətlər naziri Derya Yanık olub.

32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, Derya Yanık avtomobili təhvil aldıqdan sonra nazirliyin ətrafında gəzintiyə başlayıb.

Türkiyəli nazir daha sonra avtomobil ilə bağlı təəssüratlarını bölüşüb:

"Həqiqətən ürəkaçan bir iş oldu. Uğurlar. Əməyi keçən hər kəsə təşəkkür edirik".

Qeyd edək ki, "Togg"dan xidməti avtoobil kimi istifadə edən ilk şəxs Sənaye və Texnologiya naziri Mustafa Varank olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər