Rusiya Prezidenti Vladimir Putin yerli özünüidarəetmənin inkişafı üzrə Prezident Şurasının iclasını keçirəcək.
32gun.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.
Məlumata görə, şuranın iclası aprelin 20-də videobağlantı vasitəsilə baş tutacaq.
Bildirək ki, iclasda yerli özünüidarəetmə işinin xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, sonuncu dəfə belə görüş 2020-ci ilin yanvarında olub.
Nurlan Şiraliyev