Tikintidə işləyən fəhlə başından aldığı zərbə nəticəsində dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə saat 16.00 radələrində Cümhuriyyət məhəlləsi adlanan ərazidəki 5 mərtəbəli binanın tikintisində baş verib.
İş növbəsi bitdikdən sonra evə getməyə hazırlaşan Tuncel Deli adlı şəxs başından aldığı zərbə nəticəsində təcili xəstəxanaya yerləşdirilib. Lakin edilən müdaxilələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, hadisədə şübhəli bilinən Murat K. polis tərəfindən saxlanılıb.
Nurlan Şiraliyev