İstanbulda bir sürücü yol istəyən motosiklet kuryerinə balta ilə hücum edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc kuryer işıqforun yanına gələndə tələsdiyi üçün dayanmış iki avtomobilin arasından keçmək üçün yol istəyib.
Sürücü isə buna cavab olaraq kuryeri söyüb və təhqir edib.
Sonra isə avtomobilin baqajından balta çıxardaraq kuryerin üstünə cumub.
Ətrafakı insanların araya girməsi ilə davanın qarısı alınıb.
Rza Hüseynov
