İDMAN ÖZ XƏBƏR

"Milan" AÇIQLADI- 30 iyun 2027-ci ilə qədər

"Milan", Pulisiç ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb.

Müqaviləsində 1 il müddətinə də uzadılması variantı olan 24 yaşlı cinah yarımmüdafiəçisinin 11 nömrəli formanı geyinəcəyi bildirilib.

32gun.az xəbər verir ku, İngiltərə mətbuatında transferin 20 milyon funt-sterlinq transfer haqqı ilə həyata keçirildiyi iddia edilib. Karyerasına Dortmund "Borussiya"sında başlayan Pulişiç 2019-cu ildə 58 milyon funt-sterlinqə "Çelsi"yə keçib. Bir vaxtlar UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatının qalibi olduğu "Çelsi"də 145 matça çıxan amerikalı futbolçu 26 qol vurub, 21 məhsuldar ötürmə edib.

Ayxan

Oxşar Xəbərlər